Flik: “Bu oyunlar adla yox, yanaşma ilə qazanılır”

İdman

16.01.2026 09:18

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik İspaniya Kubokunun 1/8 final mərhələsində “Rasinq”ə qarşı keçirilən oyuna (2:0) komandanı necə hazırladığı barədə danışıb. 

TodayPress TV xəbər verir ki, mütəxəssis bu barədə Sport.es-ə açıqlamasında bildirib.

Flikin sözlərinə görə, belə oyunlarda əsas rol futbolçuların yanaşmasına məxsusdur:

“Bu cür matçlar adla yox, münasibətlə qazanılır. “Rasinq” üçün bu, son illərin ən vacib oyunlarından biri idi. Biz Superkubokdakı qələbədən sonra gəlmişdik, lakin belə görüşlər yalnız ciddi yanaşma və düzgün psixoloji hazırlıqla udulur”. 

Qeyd edək ki, Kataloniya təmsilçisinin əzəli rəqibi olan “Real Madrid”  Sequnda təmsilçisi “Albasete”yə sensasiyalı şəkildə uduzaraq (2:3) turnirdə mübarizəni dayandırıb. 

Xatırladaq ki, İspaniya Kubokunun hazırkı sahibi məhz “Barselona”dır. Komanda 2024/2025 mövsümünün finalında Madrid “Real”ını əlavə vaxtda 3:2 hesabı ilə məğlub edib.

Namiq HUN

TodayPress TV

tag: Hans-Diter Flik,Barselona,Klub,Futbol,Todaypress.tv,