Finalissima ləğv olundu: Messi planların pozulmasına sərt reaksiya verdi

İdman

17.03.2026 10:19

Lionel Messi Finalissima oyununun ləğv olunmasından ciddi narazı qalıb.

TodayPress TV ESPN-ə istinadən xəbər verir ki, Argentina milli komandasının kapitanı bu qarşılaşmaya böyük önəm verirdi. 

O, bu oyunu dünya çempionatına hazırlığın əsas mərhələlərindən biri kimi görür və karyerasında növbəti titulu qazanmaq şansı hesab edirdi.

2026-cı il Finalissima matçı Argentina ilə İspaniya milli komandası arasında keçirilməyəcək. Görüşün əvvəlcə mart ayının sonunda Qətərdə keçirilməsi planlaşdırılmışdı, lakin Yaxın Şərqdə vəziyyətin gərginləşməsi səbəbindən bu planlar dəyişdirilib.

Qeyd olunur ki, UEFA alternativ variantlar axtarıb. Seçimlərdən biri oyunun “Santyaqo Bernabeu” stadionunda keçirilməsi olub, lakin Argentina tərəfi bunu dəstəkləməyib. Bundan başqa, Madrid və Buenos-Ayresdə iki oyunlu format da müzakirə edilib, amma tərəflər razılığa gələ bilməyib. 

Nəticədə təşkilatçılar martın 27-də və ya 30-da oyunu keçirmək üçün Avropada uyğun stadion tapa bilməyiblər.

Namiq HUN

TodayPress TV

tag: Messi,Finalissima,Argentina ,İspaniya ,Todaypress.tv,