Final mübahisəsi böyüyür – Seneqal CAS-a gedir

İdman

18.03.2026 15:28

Seneqal Futbol Federasiyası Afrika Kuboku finalı ilə bağlı qərardan apellyasiya şikayəti verəcək.

TodayPress TV xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.  

Qurum İdman arbitraj məhkəməsinə (CAS) müraciət edərək Afrika Futbol Konfederasiyasının (CAF) Mərakeş yığma komandasını qalib elan etməsi qərarına etiraz edəcək.

Federasiyanın rəsmi açıqlamasında bildirilib ki, təşkilat “Seneqal futbolunun hüquqlarını bütün mümkün hüquqi vasitələrlə qorumaq” niyyətindədir.

Xatırladaq ki, CAF Mərakeşin apellyasiyasını təmin edərək Seneqal yığma komandasına final oyununda 0:3 hesablı texniki məğlub sayıb. Buna səbəb komandanın 90+8-ci dəqiqədə Brahim Diaza qarşı təyin olunan penaltiyə etiraz olaraq meydanı tərk etməsi olub.

Qarşılaşma 13 dəqiqə fasilədən sonra bərpa edilsə də, ilkin olaraq oyun Seneqalın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Namiq HUN

TodayPress TV

tag: Seneqal,CAF,Mərakeş ,Qərar,Todaypress.tv,