Final lənəti? Sobolenko yenə “Böyük dəbilqə”ni qaçırdı

Final lənəti? Sobolenko yenə “Böyük dəbilqə”ni qaçırdı
31.01.2026 16:58 İdman

Dördqat “Böyük dəbilqə” turnirlərinin qalibi, dünyanın bir nömrəli raketkası belaruslu tennisçi Arina Sobolenko iştirak etdiyi son dörd “Böyük dəbilqə” finalının üçündə məğlubiyyətlə üzləşib.

TodayPress TV xəbər verir ki, o, “Australian Open-2026” turnirinin finalında üç setlik gərgin mübarizədə “Uimbldon-2022” çempionu, Qazaxıstan təmsilçisi Yelena Rıbakinaya 4:6, 6:4, 4:6 hesabı ilə uduzub.

Qeyd edək ki, ötən mövsümdə Sobolenko:

“US Open-2025” turnirinin qalibi olub və finalda amerikalı Amanda Anisimovanı məğlub edib (6:3, 7:6);

“Roland Garros-2025” finalında amerikalı Kori Qauffa uduzub (7:6, 2:6, 4:6);

“Australian Open-2025” finalında isə Medison Kizə məğlub olub (3:6, 6:2, 5:7).

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər