FIFA və İran gərginliyi: Rusiyanın böyük ümidləri

İdman

02.04.2026 17:19

Rusiya yığmasının və “Lokomotiv Moskva” klubunun futbolçusu Dmitri Vorobyev, millinin DÇ-2026-da İran komandasının yerinə çıxması ümidini ifadə edib. 

TodayPress TV xəbər verir ki, onun sözlərini “Matç TV” yayıb.

Vorobyev bildirib: “Bu, bizim və mənim əlimizdə deyil. Ümid edirik ki, belə olacaq. Mən bunu istərdim, əlbəttə”.

Qeyd edək ki, Rusiya klubları və milli komandaları 2022-ci ilin fevralından FIFA və UEFA turnirlərindən kənarlaşdırılıb. 2 fevral 2026-cı il tarixində FIFA prezidenti Canni İnfantino rus komandalarının qadağasının gözlənilən nəticə vermədiyini bildirib və onların bərpası məsələsini nəzərdən keçirməyi tövsiyə edib. Lakin daha sonra “The Times” yazıb ki, FIFA şurası Avropa ölkələrinin tənqidi səbəbindən rusların turnirə buraxılması məsələsini nəzərdən keçirməyəcək.

Futbol üzrə dünya çempionatı 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək. 

Bəzi media məlumatları göstərirdi ki, İran DÇ-2026-da ABŞ-lə yaşanan gərginlik səbəbindən çıxışdan imtina edərsə, Rusiya komandası vəsiqə ala bilər. Lakin sonradan İran millisinin matçlarını ABŞ-dən Meksikaya köçürmək üçün FIFA ilə danışıqlar apardığı bildirilib.

Namiq HUN

TodayPress TV

tag: Rusiya ,DÇ-2026,İran ,Futbol,Todaypress.tv,