FHN-in xilasedicisi Cənubi Amerikanın ən yüksək zirvəsinə qalxdı

FHN-in xilasedicisi Cənubi Amerikanın ən yüksək zirvəsinə qalxdı
26.01.2026 15:25 İdman

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedicisi Sima Səfərova Akonkaqua zirvəsini fəth edib.

TodayPress TV xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Cənubi Amerikanın ən yüksək zirvəsi olan Akonkaquaya (6962 metr) texniki dırmanma Azərbaycan Alpinizm Federasiyasının təşəbbüsü ilə həyata keçirilib. 

Hədəfə uğurla çatan alpinist Azərbaycanın Dövlət Bayrağı ilə bərabər Fövqəladə Hallar Nazirliyinin rəmzi olan bayrağı da Akonkaqua zirvəsində  dalğalandırıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər