“Ferrari” üçün çıxış yolu tapıldı – yeni imkan gündəmdə
İdman
08.04.2026 14:29
“Ferrari” və “Audi”yə mühərrikləri təkmilləşdirmək imkanı verilə bilər.
TodayPress TV xəbər verir ki, “Autoracer” nəşri “Formula-1” mövsümünün ilk üç yarışından sonra komandaların mühərrik gücü ilə bağlı qiymətləndirmələrini açıqlayıb.
Məlumata görə, “Ferrari” və “Audi” güc baxımından təxminən 4% geri qalma ilə ADUO sisteminin ikinci səviyyəsinə düşür. Bu isə komandalar üçün güc qurğularını daha da təkmilləşdirmək imkanı yaradır.
“Red Bull Racing” isə ADUO sisteminə daxil deyil. Çünki onların mühərriki göstəricilərinə görə “Mercedes-AMG Petronas” səviyyəsinə yaxındır və 2%-lik geriləmə həddinə çatmır.
Maranelloda güc qurğusunun modernləşdirilməsi davam edir. Yeniliklərin tətbiq müddəti ADUO sisteminin aktivləşdirilməsi ilə bağlı qərardan asılıdır və mövsüm ərzində növbəti mühərrik dəyişikliklərindən biri ilə üst-üstə düşə bilər.
Çempionatda ADUO sisteminin mövsümün altıncı mərhələsindən - Monako Qran-prisi və ya Mayami Qran-prisi sonrası tətbiqi variantları nəzərdən keçirilir.
Yekun qərarın 9 aprel tarixində FIA və komandaların iştirakı ilə keçiriləcək iclasdan sonra verilməsi gözlənilir.
Namiq HUN
tag: Ferrari,Audi,Red Bull Racing,ADUO ,Todaypress.tv,
