Federer tarix yazdı: tennisdə 1 milyard dolları keçdi

İdman

03.04.2026 13:45

Rocer Federer bütün dövrlərin ən yüksək gəlirli tennisçisi olub və karyerası ərzində 1 milyard ABŞ dollarından çox gəlir əldə edib.

TodayPress TV xəbər verir ki, nüfuzlu amerikalı portal “Sportico” dünya tarixində ən yüksək gəlirli idmançıların top-50 siyahısını açıqlayıb. 

Siyahıya yalnız beş tennisçi daxil olub və lider ümumi reytinqdə 9-cu yeri tutan isveşrəli tennisçi Rocer Federer olub.

Top-5 ən yüksək gəlirli tennisçilər belədir:

Rocer Federer – 1,67 milyard $ 

Rafael Nadal – 755 milyon $ 

Novak Cokoviç – 725 milyon $ 

Serena Uilyams – 680 milyon $ 

Andre Aqassi – 650 milyon $ 

Qeyd edək ki, Serena Uilyams top-50 siyahısında yer alan yeganə qadın idmançıdır.

Namiq HUN

TodayPress TV

tag: Rocer Federer,Rafael Nadal,Novak Cokoviç,Serena Uilyams,Andre Aqassi,Todaypress.tv,