Fabreqas Qış Olimpiadası ərəfəsində Olimpiya estafetinə qatıldı
İdman
04.02.2026 12:16
İtaliyanın “Komo” klubunun baş məşqçisi Sesk Fabreqas Olimpiya məşəlinin estafetində iştirak edib.
TodayPress TV xəbər verir ki, bu barədə klubun mətbuat xidməti X (Twitter) sosial şəbəkəsində məlumat yayıb.
İspan mütəxəssis Olimpiya məşəlini Komo şəhərinin küçələri ilə daşıyıb.
XXV Qış Olimpiya Oyunlarının açılış mərasimi 6 fevral tarixində Milanda keçiriləcək. Oyunlara Milanla yanaşı, Kortina-d’Ampezzo şəhəri də ev sahibliyi edəcək.
Qeyd edək ki, 38 yaşlı Sesk Fabreqas 2024-cü ildən “Komo” klubunun baş məşqçisi vəzifəsində çalışır. Futbolçu karyerasını məhz bu klubda başa vuran Fabreqas 1 iyul 2023-cü ildə peşəkar futbolçu kimi çıxışını rəsmən dayandırdığını açıqlayıb.
Fabreqas karyerası ərzində “Barselona”, “Arsenal”, “Çelsi” və “Monako” kimi klubların formasını geyinib. O, İspaniya millisinin heyətində 2010-cu il dünya çempionu, 2008 və 2012-ci illərdə isə Avropa çempionu olub.
Namiq HUN
tag: Sesk Fabreqas,Olimpiada,Məşq,Yarış,Todaypress.tv,
