Erkən vida: fiqurlu konkisürənlərimiz Avropa çempionatında dayandı

Erkən vida: fiqurlu konkisürənlərimiz Avropa çempionatında dayandı
17.01.2026 14:08 İdman

Azərbaycanın fiqurlu konkisürənləri Avropa çempionatında çıxışlarını erkən mərhələdə başa vurublar.

TodayPress TV xəbər verir ki, Samanta Ritter və Daniyel Brikalovdan ibarət rəqs cütlüyü Böyük Britaniyanın Şeffild şəhərində keçirilən qitə çempionatında 51,29 xal toplayaraq 26-cı yeri tutub.

Bu nəticə duetimizin sərbəst rəqs proqramında çıxış etmək hüququ qazanan ən yaxşı 20 cütlük sırasına düşməsinə imkan verməyib.

Qeyd edək ki, Avropa çempionatında qadınlar arasında fərdi proqramda çıxış edən Nərgiz Süleymanova da qısa proqramda 30-cu nəticə göstərərək final mərhələsinə vəsiqə qazana bilməyib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər