Enrike futbolçulara ultimatum verdi

Enrike futbolçulara ultimatum verdi
21.08.2025 17:26 İdman

PSJ klubunun baş məşqçisi Luis Enrike rusiyalı və ukraynalı futbolçulara ultimatum verib. 

TodayPress TV xəbər verir ki, bu barədə “Sport24” məlumat yayıb.

Bildirilir ki, ispaniyalı mütəxəssis ukraynalı müdafiəçi İlya Zabarni və rusiyalı qapıçı Matvey Safonovu yanına çağıraraq onların münasibətlərini müzakirə edib.

Təcrübəli məşqçi klubda Rusiya–Ukrayna müharibəsi ilə bağlı hər hansı reputasiya riskinin yaranmamasını istəyir. O, PSJ düşərgəsində siyasi mövzuların müzakirəsini qadağan edib. Enrike açıq şəkildə bildirib ki, bu qaydanı pozan futbolçu intizam cəzası ala bilər.

Namiq HUN

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər