“Əl-Hilal” liderini qorudu: Ruben Neveşlə uzunmüddətli anlaşma

İdman

04.02.2026 17:19

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu portuqaliyalı futbolçu Ruben Neveşlə müqavilənin uzadıldığını rəsmən açıqlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 

Bildirilir ki, 28 yaşlı yarımmüdafiəçi ilə yeni müqavilə 2029-cu ilin yayına qədər nəzərdə tutulub.

Klubun açıqlamasında vurğulanır ki, Ruben Neveş “Əl-Hilal”ın son illərdə qazandığı uğurlarda mühüm rol oynayıb. Portuqaliyalı futbolçu komanda ilə birlikdə beş titulun qazanılmasına töhfə verib. Bunlar Səudiyyə Ərəbistanı çempionluğu, Kral Kuboku, iki Səudiyyə Superkuboku və Ər-Riyad Mövsümü Kubokudur.

Bundan əlavə, Neveş FIFA Klublararası Dünya Çempionatı–2025 zamanı da “Əl-Hilal”ın uğurlu çıxışında əsas fiqurlardan biri olub. Komanda həmin turnirdə 1/4 final mərhələsinə qədər irəliləyib.

Namiq HUN

TodayPress TV

tag: Əl-Hilal,Ruben Neveş,Klub,Müqavilə,Todaypress.tv,