Əfsanəvi pilot üçün çətin günlər davam edir
İdman
07.04.2026 13:41
Sabiq “Formula-1” pilotu, hazırda ekspert kimi fəaliyyət göstərən Colion Palmer “Aston Martin” komandasının mövsümün əvvəlində yaşadığı problemlərlə bağlı fikirlərini bölüşüb.
TodayPress TV xəbər verir ki, bu barədə “F1 Nation” məlumat yayıb.
O, komandanın pilotu Fernando Alonsonun vəziyyətindən narazı göründüyünü bildirib.
Palmerin sözlərinə görə, ikiqat dünya çempionu buna baxmayaraq səbirli davranır:
“Mən Fernandoda mövcud vəziyyətdən narazı olan birini görürəm. Amma eyni zamanda onun səbrli olduğunu da hiss edirəm. Bu, onun üçün hər şeydən imtina edəcəyi an ola bilərdi”.
Ekspert əlavə edib ki, hazırkı vəziyyətdə Alonso daha çox test pilotunu xatırladır:
“Biz sanki 2002-ci ilin Fernandosuna qayıtmışıq. O, 25 ildən sonra yenidən test pilotuna çevrilib. Çünki “Aston Martin” hazırda əsasən testlərlə məşğuldur”.
Namiq HUN
tag: Formula-1,Aston Martin,Colion Palmer,Fernando Alonso,Todaypress.tv,
