Əfsanələr bir sırada – Ceyms Abdul-Cabbara çatdı!
Lebron Ceyms Kərim Abdul-Cabbarın rekordunu təkrarlayıb.
TodayPress TV xəbər verir ki, ABŞ Milli Basketbol Assosiasiyasının (NBA) müntəzəm çempionatında “Los-Anceles Leykers” – “Vaşinqton Vizards” (120:101) görüşünün ən məhsuldar oyunçusu olan Lebron Ceyms tripл-dabl (21 xal, 10 ribaund, 12 assist) edərək komandasının tarixi göstəriciyə imza atıb.
O, pley-off oyunları da daxil olmaqla, NBA tarixində qələbələrin sayına görə əfsanəvi Kərim Abdul-Cabbarla bərabərləşib.
Qeyd edək ki, hər iki basketbolçunun hesabında 1228 qələbə var və onlar bu göstəricidə liqa tarixinin liderləridir.
Namiq HUN