Dünya çempionatından kənarda qalan İtaliyaya yeni ümid
İdman
03.04.2026 10:24
Alessandro Del Pyero İtaliya millisindəki böhran və baş məşqçi postuna mümkün namizəd barədə fikirlərini bölüşüb.
TodayPress TV xəbər verir ki, sabiq futbolçu yeni baş məşqçi kimi Antonio Konteni potensial namizəd hesab etdiyini bildirib.
O, qeyd edib ki, komandanın problemlərini bir nəfərin üzərinə atmaq düzgün deyil və mövcud vəziyyət bir çox sahədə boşluqların olduğunu göstərir. Del Pyero vurğulayıb ki, problemlərin həlli üçün geniş müzakirələrə ehtiyac var.
Sabiq hücumçunun sözlərinə görə, Antonio Konte bu vəzifə üçün lazım olan bütün keyfiyyətlərə malikdir və real namizəd kimi dəyərləndirilə bilər.
Xatırladaq ki, İtaliya yığması pley-off mərhələsində Bosniya və Herseqovina millisi ilə qarşılaşmada penaltilər seriyasında uduzaraq dünya çempionatına vəsiqə qazana bilməyib. İtaliya komandası ardıcıl üçüncü dəfədir ki, dünya çempionatının final mərhələsindən kənarda qalır.
Namiq HUN
tag: Alessandro Del Pyero,İtaliya ,Antonio Konte,Milli,Todaypress.tv,
