Diqqətlər Bratislavaya – millimizin oyun günləri dəqiqləşdi

Diqqətlər Bratislavaya – millimizin oyun günləri dəqiqləşdi
31.03.2026 12:40 İdman

Minifutbol üzrə Azərbaycan millisinin Avropa çempionatının final mərhələsindəki oyunlarının təqvimi məlum olub.

TodayPress TV xəbər verir ki, F qrupunda yer alan millimiz ilk matçını mayın 28-də Avstriya komandasına qarşı keçirəcək.

Azərbaycan komandası mayın 29-da İtaliya, ertəsi gün isə Fransa yığması ilə qarşılaşacaq.

Qeyd edək ki, Avropa çempionatının final mərhələsi mayın 27-dən iyunun 4-dək Slovakiyanın paytaxtı Bratislavada təşkil olunacaq.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər