Dimitri Payet karyerasını başa vurdu

İdman

24.03.2026 11:00

Fransa millisinin sabiq futbolçusu Dimitri Payet karyerasını bitirib.

TodayPress TV xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə 38 yaşlı futbolçu özü açıqlama verib.

Qeyd edək ki, son klubu Braziliyada “Vasko da Qama” olan hücumameyilli yarımmüdafiəçi "Ekselsior" (Niderland), "Nant", "Sent-Etyenn", "Lill", "Marsel" (hamısı Fransa), "Vest Hem" (İngiltərə) klublarında çıxış edib.

O, Fransa millisinin heyətində keçirdiyi 38 oyunda 8 qol vurub.

tag: Fransa ,Fransa millisi,İdman,Futbol,TodayPress TV,