Dimarko “İnter”in A Seriyası tarixində rekord müəyyənləşdirdi
Federiko Dimarko A Seriyasında “İnter”in müdafiəçiləri üçün əvvəllər qeydə alınmayan nailiyyətə imza atıb.
TodayPress TV xəbər verir ki, bu barədə "Opta" məlumat yayıb.
İtaliyalı cinah müdafiəçisi statistik məlumatların aparılmağa başladığı 2004/2005 mövsümündən bu yana A Seriyasında bir oyunda üç qolda iştirak edən (1 qol və 2 məhsuldar ötürmə) ilk “İnter” müdafiəçisi olub.
Bu göstərici İtaliya A Seriyasının 22-ci turunda “Piza”ya qarşı keçirilən və 6:2 hesabı ilə başa çatan oyunda qeydə alınıb.
Qeyd edək ki, cari mövsümdə Dimarko bütün turnirlərdə “İnter”in heyətində 28 oyun keçirib, 5 qol vurub və 9 məhsuldar ötürmə edib.
Federiko Dimarkonun Milan təmsilçisi ilə mövcud müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Transfermarkt portalında futbolçunun bazar dəyəri 50 milyon avro qiymətləndirilir.
Namiq HUN