Di Maria: “Real”da təzyiq böyükdür, amma Arbeloanın şansı var
İdman
27.01.2026 14:54
Anxel Di Maria Xabi Alonsonun “Real Madrid”dən ayrılması və Alvaro Arbeloanın baş məşqçi təyin olunması ilə bağlı fikirlərini bölüşüb.
TodayPress TV xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
Hazırda “Rosario Sentral”ın formasını geyinən, daha əvvəl isə “Benfika”, “Real Madrid”, “Mançester Yunayted” və PSJ-də çıxış etmiş argentinalı futbolçu Alonsonun fəaliyyətini müsbət qiymətləndirib və “kral klubu”ndakı təzyiqə diqqət çəkib.
“Mbappe də demişdi ki, bu uğursuzluq deyil, çünki Alonso yalnız Superkubokun finalında ‘Barselona’ya uduzub və ümumilikdə komanda pis çıxış etməyib. Problem ondadır ki, ‘Real Madrid’də təzyiq çox böyükdür. Bu cür nəhəng klublarda səbir az olur və tez nəticə tələb edilir. Halbuki o, əla məşqçidir.
Arbeloanın hansı səviyyədə məşqçi olduğunu bilmirəm. Amma insan kimi çox yaxşı idi, onu sevirdim və münasibətlərimiz yaxşı idi. Başlanğıc çətin oldu, lakin o, vəziyyəti düzəltdi və görünən odur ki, hər şey onun üçün yaxşı alına bilər”, - deyə Di Maria bildirib.
Qeyd edək ki, La Liqanın 21 turundan sonra “Real Madrid” turnir cədvəlində 51 xalla ikinci yerdədir və lider “Barselona”dan cəmi 1 xal geri qalır.
Namiq HUN
tag: Anxel Di Maria,Real Madrid,Xabi Alonso,Alvaro Arbeloa,Todaypress.tv,
