Derbi öncəsi isti sözlər: Arbeloa rəqibini təriflədi

İdman

21.03.2026 15:04

“Real Madrid” klubunun baş məşqçisi Alvaro Arbeloa “Atletiko”nun çalışdırıcısı Dieqo Simeonenin komandası barədə səsləndirdiyi “xalq komandasıyıq” fikrinə münasibət bildirib.

TodayPress TV xəbər verir ki, o, bu barədə AS nəşrinə danışıb. 

“Düşünürəm ki, bu, əladır (gülümsəyir). Mən diqqətimi öz komandama yönəltmişəm. Dieqo Simeone kimi məşqçilərə qarşı oynamaq böyük şərəfdir. O, uzun illərdir “Atletiko”da yüksək səviyyəsini və istedadını göstərir. Onun nailiyyətləri, komandada yaratdığı sabitlik və “Atletiko”nu yeni səviyyəyə qaldırması çox təsirlidir. O, səni imkanlarının son həddinə çatmağa məcbur edən məşqçidir və hər oyun haqqında düşünməyə vadar edir. Buna görə də dünyanın ən yaxşı məşqçilərinə qarşı oynamaq böyük şərəfdir”, - deyə Arbeloa bildirib.

Qeyd edək ki, Madridin “Real və “Atletiko” komandaları La Liqanın XXIX  turunda – 22 mart tarixində üz-üzə gələcək.

Namiq HUN

TodayPress TV

tag: Real Madrid,Alvaro Arbeloa,Atletiko,Dieqo Simeonen,Todaypress.tv,