Delonte Uest hüquqi problemləri fonunda yardım aldı
İdman
16.01.2026 13:11
ABŞ Milli Basketbol Assosiasiyasının (NBA) keçmiş oyunçusu Delonte Uest Vircinia ştatında qarət şübhəsi ilə həbs olunub, daha sonra girov müqabilində buraxılaraq xüsusi müalicə müəssisəsinə yönləndirilib.
TodayPress TV xəbər verir ki, bu barədə TMZ nəşri məlumat yayıb.
Bildirilir ki, polis Bell-Heyvenin Riçmond-Hayuey bölgəsində baş verən qarət barədə məlumat alıb. Zərərçəkən Uesti şübhəli şəxs kimi göstərib. Oğurlanan məbləğin təxminən 23 dollar olduğu bildirilib. Basketbolçu müqavimət göstərmədən saxlanılıb və 1000 dollar girov müqabilində buraxılıb.
Uestin vəkili Brendon Sloun bildirib ki, müştərisi baş verənləri peşəkar yardım üçün siqnal kimi qəbul edib. Onun sözlərinə görə, Uest artıq müalicə müəssisəsinə göndərilib və son həftələrdə onu dəstəkləyənlərə təşəkkürünü bildirib. İş üzrə məhkəmə iclası mart ayında keçiriləcək.
Qeyd edək ki, son illərdə keçmiş NBA oyunçusu bir neçə dəfə qanunla bağlı problemlərlə üzləşib və onun vəziyyəti ictimaiyyətdə narahatlıq doğurub.
Namiq HUN
tag: Delonte Uest,NBA,Basketbol,Müalicə,Todaypress.tv,
