DÇ-dən kənar qalan İtaliyada ilk istefa baş verdi

DÇ-dən kənar qalan İtaliyada ilk istefa baş verdi
03.04.2026 17:12 İdman

Cennaro Qattuzo İtaliya millisinin baş məşqçi postunu tərk edib.

TodayPress TV xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyası rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, tərəflər qarşılıqlı razılıq əsasında müqaviləyə xitam veriblər. Federasiya Qattuzoya və onun məşqçilər korpusuna son doqquz ay ərzində göstərdikləri peşəkarlıq və əzmkarlığa görə təşəkkür edib.

Qeyd edək ki, İtaliya yığması Bosniya və Herseqovina millisi ilə pley-off matçında penaltilər seriyasında məğlub olaraq DÇ-2026-ya vəsiqə qazana bilməyib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər