Davranışına görə komandadan uzaqlaşdırıldı

Davranışına görə komandadan uzaqlaşdırıldı
31.03.2026 21:00 İdman

Antoni Marsyalın karyerasındakı eniş davam edir.

Todaypress TV  xəbər verir ki, "TUDN" nəşrinin məlumatına görə, fransalı hücumçu “Monterrey”də əsas komandadan kənarlaşdırılıb.

Buna səbəb onun “Çivas Quadalaxara” ilə oyunda meydana buraxılmamasına verdiyi aqressiv reaksiya olub. Baş məşqçi Nikolas Sançezin qərarı ilə Marsyal bir həftəlik komandadan uzaqlaşdırılıb və kollektiv məşqlərdə iştirak etməyəcək.

Meksika mətbuatı futbolçunun zəif performansını və intizamsız davranışlarını kəskin tənqid edir.

Qeyd edək ki, “Mançester Yunayted”in sabiq futbolçusu cari mövsümdə 20 oyunda cəmi 1 qol vurub.

Todaypress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər