Cüdo üzrə Beynəlxalq Masters Turnirinə yekun vuruldu

İdman

22.03.2026 21:37

Almaniyanın Bremen şəhərində cüdo üzrə Beynəlxalq Masters Turnirinə yekun vurulub.

TodayPress TV xəbər verir ki, yarışın son günündə U-21 yaş kateqoriyasında mübarizə aparan gənc oğlanlardan ibarət Azərbaycan yığması uğurlu çıxışı ilə seçilib.

Millimiz 3 qızıl, 2 gümüş və 7 bürünc medal qazanaraq turniri komanda hesabında birinci pillədə başa vurub.

Cəsur İbadlı (-81 kq), Süleyman Şükürov (-90 kq) və Ramazan Əhmədov (+100 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Ayxan Mirzəzadə (-60 kq) ilə Əli Qazıməmmədov (-90 kq) gümüş medala sahib olublar.

Bürünc medalları isə Səlim Sultanov (-73 kq), Mehdi Abbasov (-81 kq), Roman Qarayev (-81 kq), Davud Namazlı (-100 kq), Vidad Əliyev (-100 kq), Eldar Əliyev (+100 kq) və Sübhan Axundov (+100 kq) əldə ediblər.


Qeyd edək ki, ötən gün U-18 yaş kateqoriyasında çıxış edən yeniyetmə oğlanlardan ibarət millimiz də 4 qızıl, 3 gümüş və 8 bürünc medalla yarışı ilk pillədə tamamlamışdı.

TodayPress TV

tag: Cüdo,Beynəlxalq Masters Turniri,Yekun, U-21 ,TodayPress TV,