Cokoviç “Böyük Dəbilqə” tarixində yeni rekord müəyyənləşdirdi

İdman

24.01.2026 15:47

“Böyük Dəbilqə” turnirlərinin 24 qat qalibi serbiyalı Novak Cokoviç bu növ turnirlərində keçirdiyi matçlarda 400-cü qələbəsini qazanaraq tarixə düşüb.

TodayPress TV xəbər verir ki, o, “Australian Open – 2026” turnirinin üçüncü turu çərçivəsində ATP reytinqində 75-ci pillədə qərarlaşan Niderland təmsilçisi Botik van de Zandshulpu (6:3, 6:4, 7:6) məğlub edib. 

“Böyük Dəbilqə” turnirlərində qələbələrin sayına görə ikinci yerdə 369 qalibiyyətlə isveçrəli Rocer Federer, üçüncü pillədə isə 367 uğurlu göstərici ilə amerikalı Serena Uilyams qərarlaşıb.

Xatırladaq ki, “Australian Open – 2026” turniri 18 yanvar – 1 fevral tarixlərində keçirilir. Turnirin hazırkı çempionları italiyalı Yannik Sinner və ABŞ təmsilçisi Medison Kizdir.

Namiq HUN

TodayPress TV

tag: Novak Cokoviç,Tennis,Turnir,Qələbə,Todaypress.tv,