Co Qomes və digər futbolçular “Qarabağ”la matçı buraxa bilər
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin son turunda “Qarabağ”la qarşılaşacaq “Liverpul”un heyətində ciddi itkilər var.
TodayPress TV xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb.
Mersisayd təmsilçisi Premyer Liqanın XXIII turunda “Bornmut”la (3:2) səfər oyununda daha bir oyunçusunu itirib. Müdafiəçi Co Qomes ilk yarıda zədələnərək əvəzlənib.
Onunla yanaşı, müdafiəçilər İbrahima Konate, Konor Bredli, həmçinin hücumçular Aleksander İsak və Federiko Kyeza da zədədən əziyyət çəkirlər və “Qarabağ”la matçı buraxacaqları gözlənilir.
Qeyd edək ki, “Liverpul” - “Qarabağ” matçı yanvarın 28-dən 29-na keçən gecə “Enfild Roud”da keçiriləcək.
Namiq HUN