ÇL: “Liverpul” - “Qarabağ” oyununun baş hakimi məlum oldu
“Liverpul” – “Qarabağ” matçını slovakiyalı hakim idarə edəcək.
TodayPress TV xəbər verir ki, İngiltərə və Azərbaycan çempionları arasında keçiriləcək UEFA Çempionlar Liqasının (ÇL) Liqa mərhələsinin VIII turunun oyununun baş hakimi açıqlanıb.
Matçı slovakiyalı FIFA referisi İvan Krujlyak idarə edəcək.
“Liverpul” – “Qarabağ” matçı yanvarın 28-dən 29-na keçən gecə “Enfild Roud”da baş tutacaq. Matç Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Namiq HUN