Cenk Tosun: “Ölkənizi çox sevirəm, gələcəkdə düşünə bilərəm”

Cenk Tosun: “Ölkənizi çox sevirəm, gələcəkdə düşünə bilərəm”
16.01.2026 16:04 İdman

Cenk Tosun Azərbaycanda oynamağa açıqdır.

TodayPress TV AZƏRTAC-a istinadən xəbər verir ki, türkiyəli futbolçu gələcəkdə Azərbaycanda çıxış etmə ehtimalını istisna etməyib.

Təcrübəli hücumçu bu barədə özü açıqlama verib:

“Hazırda mövsümün sonuna qədər “Kasımpaşa” klubu ilə müqaviləm var. Amma gələn il Azərbaycandan təklif olarsa, düşünərəm. Ölkənizi çox sevirəm”.

Qeyd edək ki, Cenk Tosun karyerası ərzində “Ayntraxt Frankfurt”, “Qaziantepspor”, “Everton”, “Kristal Pelas” və “Fənərbağça” klublarının formasını geyinib.

Türkiyə milli komandasında 53 oyun keçirən 34 yaşlı forvard bu görüşlərdə 21 qol vurub.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər