Cekodan sərt sözlər: “İtaliya qorxursa, problem var!”
İdman
30.03.2026 15:56
Bosniya və Herseqovina millisinin hücumçusu Edin Dzeko dünya çempionatının pley-off mərhələsinin finalı öncəsi İtaliya ilə oyun barədə danışıb.
TodayPress TV xəbər verir ki, o, bəzi müzakirələrə münasibət bildirərək qeyd edib ki, İtaliya milli futbol komandasının Uelsdə oynamaq istəməməsi suallar doğurur:
“İtaliyanın Uelsdə oynamaq istəmədiyini gördük. Səbəbini bilmirəm. Biz ora qorxmadan getdik və qalib gəldik. İtaliya kimi dördqat dünya çempionunun Uelsdən və ya Bosniyadan çəkinməsini başa düşmürəm. Əgər qorxurlarsa, deməli nəsə düzgün getmir”.
Forvard əlavə edib ki, bu hal rəqibin psixoloji problemlər yaşaya biləcəyinə işarədir və onların qarşıdakı matçda çətinlik çəkə biləcəyini göstərir.
Qeyd edək ki, yarımfinalda İtaliya millisi Şimali İrlandiya komandasını 2:0 hesabı ilə məğlub edib. Bosniya və Herseqovina millisi isə Uels komandası ilə oyunda 1:1 hesabından sonra penaltilər seriyasında (4:2) qalib gəlib.
Final qarşılaşması martın 31-də keçiriləcək.
Namiq HUN
tag: Edin Dzeko,Bosniya və Herseqovina,İtaliya,Uels,Todaypress.tv,
