Camal Feyziyev Varşava turnirində finala qədər irəlilədi

İdman

16.03.2026 09:20

Polşada böyüklər arasında keçirilən “Warsaw European Open 2026” cüdo turniri başa çatıb.

TodayPress TV xəbər verir ki, Azərbaycan cüdoçuları Varşava turnirinin son günündə uğurlu çıxışları ilə diqqət çəkiblər.

Ağır çəkili cüdoçuların mübarizəsində Camal Feyziyev (+100 kq) finala qədər irəliləyib. Həlledici görüşdə rəqibinə məğlub olan cüdoçumuz turnirin gümüş medalı ilə kifayətlənib.

Təcrübəli cüdoçumuz Elmar Qasımov da komandamızın aktivinə medal yazdırıb. 100 kq çəki dərəcəsində çıxış edən idmançımız bürünc medal uğrunda görüşdə rəqibinə qalib gələrək fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

Qeyd edək ki, turnirin ilk günündə Tofiq Məmmədov (66 kq) bürünc medal qazanıb.

Beləliklə, Azərbaycan cüdo millisi Varşava turnirini 1 gümüş və 2 bürünc medalla başa vurub.

Namiq HUN

TodayPress TV

tag: Camal Feyziyev,Polşa,Cüdo,Turnir,Todaypress.tv,