“Bu idman ədalətsiz ola bilər” - Bottas Piastrini müdafiə etdi
İdman
27.01.2026 12:18
“Kadillak” komandasının finlandiyalı pilotu Valtteri Bottas “Maklaren”in sürücüsü Oskar Piastrinin 2025-ci il “Formula-1” mövsümünün ikinci yarısında nəticələrində yaşanan enişlə bağlı fikirlərini bölüşüb.
TodayPress TV xəbər verir ki, bu barədə 10 News kanalı məlumat yayıb.
Bottas bildirib ki, avtoidman hər zaman ədalətli olmur, lakin avstraliyalı pilotun bu vəziyyətdən lazımi dərslər çıxaracağına əmindir.
“Komandanın daxilində olmayanda və pərdə arxasında nələrin baş verdiyini bilməyəndə nəsə demək çətindir. Bəzən bu idman növü ədalətsiz olur və bunu sadəcə qəbul etmək lazımdır. Düşünürəm ki, Oskar üçün mövsüm ümumilikdə çox yaxşı keçdi, amma birinci yarı ikinci hissədən daha güclü idi. O, bu idmanda cəmi bir neçə ildir çıxış edir və artıq indidən çox yüksək səviyyə nümayiş etdirir. Bu, heyranedicidir. Onun qarşısında böyük gələcək və çoxlu imkanlar var. Ona görə də, əgər onda kiçik bir eniş olubsa, əminəm ki, bundan nəticə çıxarıb və nəsə öyrənib”, — deyə Bottas bildirib.
Namiq HUN
tag: Valtteri Bottas,“Kadillak” , “Maklaren”,Pilot,Todaypress.tv,
