Brandldan sərt sözlər: “Aston Martin”də xaos hökm sürür

İdman

08.04.2026 17:35

Keçmiş “Formula-1” pilotu Martin Brandl “Aston Martin” komandasını İngiltərə Premyer Liqasında tez-tez baş məşqçi dəyişən kluba bənzədib.

TodayPress TV xəbər verir ki, bu barədə “Sky Sports”a danışan Brandl komandanın sabitliyə ehtiyacı olduğunu vurğulayıb:

“Conatan Uitli onlar üçün yaxşı seçim olardı. Amma komanda sabitləşməli və müəyyən səviyyəyə çatmalıdır. Hazırda onlar Premyer Liqa klubuna bənzəyir ki, daim məşqçi dəyişir. Buna görə də digərləri gözləmə mövqeyindədir, çünki gələcəkdə nə olacağını, kimə hesabat verəcəklərini və strategiyanın nə olduğunu bilmirlər.

“Aston Martin”də rəhbərlik tez-tez dəyişib və məncə, bəzi qərarlar kifayət qədər qəribə olub. Uitlinin cəlb olunması, onun praqmatizmini və baxışlarını nəzərə alsaq, ağıllı addımdır”. 

Namiq HUN

TodayPress TV

tag: “Formula-1”,“Aston Martin”, Martin Brandl, İngiltərə Premyer Liqası,Todaypress.tv,