Böyük döyüş yaxınlaşır: Qetji Topuriyaya çağırış etdi
İdman
06.02.2026 12:29
UFC-nin yüngül çəkidə müvəqqəti çempionu, amerikalı döyüşçü Castin Qetji mövcud divizion çempionu İliya Topuriya ilə mümkün döyüş barədə fikirlərini bölüşüb və ehtimal olunan vaxtı açıqlayıb.
TodayPress TV xəbər verir ki, Qetji bu barədə Paramount UFC-nin YouTube kanalına açıqlamasında bildirib.
Qetjinin sözlərinə görə, onların qarşılaşması bu ilin iyun ayında Ağ Evdə keçirilməsi planlaşdırılan UFC turnirində baş tuta bilər.
“O hazır olmalıdır, çünki mən iyun ayında Ağ Ev turnirində onunla döyüşməliyəm. Məhz buna görə də müvəqqəti titul uğrunda döyüşə çıxdım”, — deyə Qetji bildirib.
Qeyd edək ki, Qetjinin MMA karyerasında ümumilikdə 27 qələbə və 5 məğlubiyyət var. İliya Topuriya isə 17 qələbə qazanıb və hələ məğlubiyyət yaşamayıb.
Namiq HUN
tag: UFC,Castin Qetji,İliya Topuriya,Döyüş,Todaypress.tv,
