Böyük dönüş: Temmi Abraham yenidən “Aston Villa”ya qayıdır
İdman
23.01.2026 17:22
“Aston Villa” klubu “Beşiktaş”ın hücumçusu Temmi Abrahamın transferi ilə bağlı razılıq əldə edib.
TodayPress TV xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano X sosial şəbəkəsində məlumat yayıb.
“Temmi Abraham “Aston Villa”ya keçir! Şəxsi müqavilənin şərtləri bir neçə gün əvvəl razılaşdırıldıqdan sonra “Beşiktaş”la şifahi razılaşma əldə olunub. Transferin məbləği 21 milyon avro + bonuslar təşkil edir. Yasin Özcan da sövdələşməyə daxil ediləcək. Hazırda “Aston Villa”nın nümayəndələri Türkiyədədir və transferin rəsmi şəkildə tamamlanması üzərində işləyirlər”, - deyə Romano yazıb.
Qeyd edək ki, 28 yaşlı Temmi Abraham əvvəl də “Aston Villa”nın formasını geyinib. İngilis hücumçunun karyerasında həmçinin “Çelsi”, “Milan” və “Roma” klubları yer alır.
Namiq HUN
tag: Aston Villa,Beşiktaş,Temmi Abraham,Transfer,Todaypress.tv,
