Böyük ayrılıq yaxınlaşır? “Nyukasl”da qeyri-müəyyənlik

Böyük ayrılıq yaxınlaşır? “Nyukasl”da qeyri-müəyyənlik
31.03.2026 15:47 İdman

Eddi Hau “Nyukasl Yunayted”dən ayrıla bilər. 

TodayPress TV xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb. 

Bildirilir ki, yaxın günlərdə klub rəhbərliyi ilə mütəxəssis arasında görüş keçirilib və burada komandanın inkişaf istiqamətləri, eləcə də yay transfer siyasəti müzakirə olunub.

Mənbənin iddiasına görə, “Nyukasl” mövsümün sonunda Avropa kuboklarına vəsiqə qazana bilməsə, Haunun komandadan ayrılması ehtimalı yüksəkdir. Klub rəhbərliyi məşqçiyə hazırkı büdcənin heyəti ciddi şəkildə gücləndirməyə imkan vermədiyini bildirib. Üstəlik, əsas oyunçuların mümkün gedişi ilə bağlı söz-söhbətlər vəziyyəti daha da çətinləşdirir.

Eyni zamanda qeyd olunur ki, əgər komanda növbəti mövsüm üçün UEFA Çempionlar Liqasına vəsiqə qazanarsa, vəziyyət dəyişə bilər.

Eddi Hau klubun mövqeyindən narazı qalıb və qarşıya qoyulan hədəflər reallaşmasa, gələcəyi ilə bağlı ciddi qərar verə bilər.

Qeyd edək ki, Hau 2021-ci ildən “Nyukasl”ı çalışdırır. Bu müddətdə o, komanda ilə 224 oyuna çıxıb, 114 qələbə qazanıb, 42 heç-heçə edib və 68 məğlubiyyət yaşayıb. Hazırda “Nyukasl” Premyer Liqanın 31 turundan sonra 42 xalla 12-ci pillədə qərarlaşıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər