Böyük adlar bir arada: Marat Safin Əfsanələr Kubokunda

İdman

24.01.2026 11:36

“Böyük Dəbilqə” turnirlərinin ikiqat qalibi, dünyanın keçmiş bir nömrəli raketkası Marat Safin “Australian Open” çərçivəsində təşkil olunacaq Əfsanələr turnirində iştirak edəcək. 

TodayPress TV xəbər verir ki, bu barədə yarışın mətbuat xidməti məlumat yayıb.

Turnirdə iki komanda mübarizə aparacaq. Safin Dünya komandasının heyətində çıxış edəcək. Bu komandada onunla yanaşı Tommi Haas, Markos Baqdatis, Daniela Hantuxova, Andrea Petkoviç və Anjelika Kerber də yer alacaq.

Onlar Avstraliya komandasına qarşı mübarizə aparacaqlar. Ev sahiblərinin heyətinə Lleyton Hyuitt, Patrik Rafter, Mark Filippussis, Samanta Stosur, Alisiya Molik və Keysi Dellakkva daxildir.

“Australian Open” Əfsanələr Kuboku turnirin ikinci həftəsində keçiriləcək və kişilər, qadınlar və qarışıq cütlüklər arasında oyunları əhatə edəcək.

Namiq HUN

TodayPress TV

tag: Marat Safin,Australian Open,Böyük Dəbilqə,Tennis,Todaypress.tv,