Böhran dərinləşir: “Lester”in cəzası rəsmi olaraq təsdiqləndi

İdman

09.04.2026 09:42

“Lester Siti” klubu Çempionşip turnirində altı xalın silinməsi qərarını ləğv etdirə bilməyib.

TodayPress TV xəbər verir ki, bu barədə BBC məlumat yayıb. 

Məlumata görə, fevral ayında futbol Liqası maliyyə pozuntularına görə klubun hesabından 6 xal silinib. “Tülkülər” sonu 2023/24 mövsümü ilə bitən üçillik dövrdə icazə verilən maksimum zərəri aşmaqda və maliyyə hesabatını gec təqdim etməkdə günahkar bilinib.

“Lester” maliyyə “fair-play” qaydalarının pozulmasına görə tətbiq edilən cəzanın çox sərt olduğunu əsas gətirərək apellyasiya şikayəti versə də, İngiltərə Premyer Liqası əks iddia qaldıraraq qərarın əksinə olaraq daha yumşaq olduğunu qeyd edib.

Nəticədə müstəqil komissiya 6 xalın silinməsi qərarını qüvvədə saxlayıb. Bununla da “Lester” turnir cədvəlində sonuncudan üçüncü pillədə qalıb.

Komanda son 12 oyunda bütün yarışlarda cəmi bir qələbə qazanıb və ardıcıl ikinci mövsüm aşağı liqaya düşmək təhlükəsi ilə üz-üzədir.

Namiq HUN

TodayPress TV

tag: Lester Siti,Turnir,Premyer Liqa,Futbol,Todaypress.tv,