Beynəlxalq qış turnirinin qalibi milli komandada yer ala bilər

İdman

07.02.2026 13:38

Azərbaycanın paralimpiya çempionu Lamiyə Vəliyevanın həyat yoldaşı, idmançı Tembo Con milli komandaya cəlb oluna bilər.

TodayPress TV-nin “Report”a istinadən verdiyi məlumata görə, bu barədə Azərbaycan Atletika Federasiyası (AAF) açıqlama yayıb.

Əslən Cənubi Afrika Respublikasından olan Tembo Con hazırda Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə keçirilən müxtəlif yarışlarda klub təmsilçisi kimi çıxış edir, lakin milli komandanın üzvü deyil.

Federasiyadan bildirilib:

“İdmançı tərəfindən Azərbaycanı təmsil etmək istəyi ilə bağlı müraciət daxil olub. Məsələ milli komandanın məşqçiləri tərəfindən müzakirə edilib və müəyyən normativlər müəyyənləşdirilib. Tembo Con həmin normativləri yerinə yetirərsə, onun ölkəmizi təmsil etmək istəyinə müsbət cavab verilməsi mümkündür.”

Qeyd edək ki, Tembo Con yanvarın 30-da Bakıda keçirilən Beynəlxalq qış turnirində 60 metr məsafəyə qaçışda çempion olub.

Namiq HUN

TodayPress TV

tag: Lamiyə Vəliyeva,Tembo Con,Çempion,Komanda,Todaypress.tv,