"Beşiktaş" almaniyalı müdafiəçini transfer etmək istəyir

"Beşiktaş" almaniyalı müdafiəçini transfer etmək istəyir
02.04.2026 03:22 İdman

"Leypziq"in müdafiəçisi Lukas Manuel Klostermann karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

TodayPress TV xəbər verir ki, "Beşiktaş" almaniyalı müdafiəçini transfer etmək istəyir. Bu barədə "Sabah" nəşri məlumat yayıb.

İstanbul nəhəngi Klostermann üçün onun klubu ilə ilkin danışıqlara başlayıb. Hazırda komandasında heyətə düşə bilməyən 29 yaşlı mərkəz müdafiəçisi Türkiyə klubuna keçməyə isti yanaşır.

Qeyd edək ki, "Leypziq" Lukas manuel Klostermannı 2024-cü ilin yayında "Bohum"dan 1 milyon avroya transfer edib. Almaniya millisinin sabiq üzvü bu mövsüm Bundesliqa təmsilçisinin heyətində 6 oyunda cəmi 76 dəqiqə meydanda olub.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər