Benzema kölgəsində qalan Nunyesə yeni şans

İdman

07.04.2026 12:43

İtaliyanın “Yuventus” klubu hücum xəttini gücləndirmək üçün yeni transfer hədəfi müəyyənləşdirib.

TodayPress TV xəbər verir ki, bu barədə Canluka Di Marsio Х sosial şəkəbəsində məlumat yayıb. 

Turin təmsilçisi hazırda Səudiyyə Ərəbistanının “Al Hilal” klubunda çıxış edən Darvin Nunyes ilə maraqlanır. 26 yaşlı forvard komanda üçün prioritet hədəf sayılır və onun Duşan Vlahoviç ilə rəqabət aparacağı gözlənilir.

Qeyd edək ki, Nunyes 2025-ci ilin yayında “Liverpul”dan “Al Hilal”a 53 milyon avro qarşılığında transfer olunub. O, bu müddətdə 24 oyunda 16 qol vurub və 3 məhsuldar ötürmə edib.

Lakin hücumçu Kərim Benzemanın komandaya qoşulmasından sonra əsas heyətdə yerini itirib və daha az oyun vaxtı alması səbəbindən klubunu dəyişmək variantını nəzərdən keçirir.

Futbolçunun “Al Hilal” ilə müqaviləsi 2028-ci ilə qədər qüvvədədir. Transfermarkt portalında onun bazar dəyəri 25 milyon avro təşkil edir.

Namiq HUN

TodayPress TV

tag: Yuventus,Al Hilal,Darvin Nunyes,Kərim Benzema,Todaypress.tv,