Benzema ilə Mourinyonun “Real”dan sonra mümkün yeni əməkdaşlığı

İdman

27.09.2025 13:28

Bir neçə gün əvvəl “Benfika”nın baş məşqçisi Joze Mourinyo “Əl-İttihad”ın hücumçusu Kərim Benzemaya şəxsi zəng edərək onu Portuqaliya klubuna dəvət edib.

TodayPress TV “Marca”ya istinadən xəbər verir ki, 37 yaşlı fransalı futbolçu bu söhbətdən sonra karyerasının son mərhələsində Avropa futboluna qayıtmaq variantını ciddi şəkildə nəzərdən keçirir.

Mövcud vəziyyət fonunda “Əl-İttihad” rəhbərliyi komanda ilə müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədə olan Benzema ilə anlaşmanı daha bir il uzatmaq imkanını müzakirə etməyə başlayıb.

Xatırladaq ki, Benzema və Mourinyo 2010–2013-cü illərdə Madrid “Real”ında birgə çalışıblar. Forvard 2023-cü ilin yayından “Əl-İttihad”da çıxış edir. Transfermarkt portalında onun bazar dəyəri 7 milyon avro məbləğində  qiymətləndirilir. 

Namiq HUN

TodayPress TV

tag: Kərim Benzema,Benfika,Klub,Danışıqlar,Todaypress.tv,