"Bavariya" Bundesliqada mövsümün ilk məğlubiyyətini aldı

"Bavariya" Bundesliqada mövsümün ilk məğlubiyyətini aldı
24.01.2026 22:10 İdman

Almaniya Bundesliqasının 19-cu turunda lider "Bavariya" "Auqsburq"u qəbul edib.

TodayPress TV xəbər verir ki, "Allianz Arena"dakı matçda meydan sahibləri məğlub olublar - 1:2.

Bu, "Bavariya"nın cari çempionatdakı ilk məğlubiyyəti olub.

Xal itkisinə baxmayaraq, Almaniya çempionatındakı 19 oyundan sonra Münhen klubu 50 xalla turnir cədvəlinə başçılıq edir. "Auqsburq" isə 19 xalla 13-cü yerdədir.

TodayPress TV 


XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər