Basketbol dünyasında müzakirə: Klarkın seçimi Yokiç oldu
İdman
30.03.2026 17:54
Qadınlar Milli Basketbol Assosiasiyası (WNBA) liqasının ulduzu Keytlin Klark dünyanın ən yaxşı basketbolçusunun adını açıqlayıb.
TodayPress TV xəbər verir ki, o, bu barədə “NBC TV”yə danışıb.
“Indiana Fever” klubunun oyun qurucusu bildirib ki, bu titul Nikola Yokiçə məxsusdur:
“Hamı bilirdi ki, o, qayıtmaq üçün əlindən gələni edəcək. Mövsüm ərzində orta hesabla tripl-dabl edən oyunçular çox deyil. Bəzən bir mövsümdə bir neçə belə oyun keçirmək belə böyük uğurdur. Amma o, bunu iki mövsümdür davamlı edir. Bu, inanılmazdır. Açığı, onu izləmək mənim üçün ən zövqlüsüdür və düşünürəm ki, o, dünyanın ən yaxşı oyunçusudur”.
Qeyd edək ki, “Denver Nuggets” klubunun serbiyalı mərkəz oyunçusu cari mövsümdə orta hesabla 27,9 xal, 12,9 ribaund və 10,8 ötürmə ilə çıxış edir.
Namiq HUN
tag: WNBA,Keytlin Klark,Nikola Yokiç,Indiana Fever,Todaypress.tv,
