Baş məşqçi həkimlərin işini yüksək qiymətləndirdi
İdman
24.01.2026 17:20
“Bizim həkimlər heyvan kimi işləyir”
TodayPress TV xəbər verir ki, City Xtra Qvardiolanın sözlərini "X" sosial şəbəkəsində sitat gətirib.
“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola futbolçular arasında böyük zədələrin səbəbləri ilə bağlı suallara cavab verib.
“Keçən mövsüm zədə epidemiyası hazırki dövrdən iki ay əvvəl, noyabrda baş verdi. İndi oxşar vəziyyət yanvarda yaşandı. Səbəb? Oyunların sayı. Bizim həkimlər inanılmazdır, ən yaxşı fizioterapevtlərdir. Həkimlər 24 saat işləyir. Onlar heyvan kimi çalışır. Oyunun sayı inanılmazdır, amma bu yalnız “Siti”də baş vermir, bütün komandalar üçün keçərlidir”, - deyə Qvardiola bildirib.
Qeyd edək ki, hazırda “şəhərlilər”in heyətində yeddi futbolçu zədəlidir: Mateo Kovaçiç, Yoşko Qvardiol, Con Stounz, Ruben Dias, Savio, Oskar Bobb və Niko Qonsales.
Namiq HUN
tag: Xosep Qvardiola,City Xtra,“Mançester Siti”, Futbol,Todaypress.tv,
