“Barselona”nın sürpriz hədəfi — dünya çempionu Martines
İdman
07.02.2026 15:00
“Barselona” klubu “Mançester Yunayted”in mərkəz müdafiəçisi, dünya çempionu Lisandro Martineslə maraqlanır.
TodayPress TV xəbər verir ki, bu barədə “Caught Offside” nəşri məlumat yayıb.
Bildirilir ki, “qırmızı şeytanlar” 28 yaşlı futbolçunu satmaq niyyətində deyil və onunla yeni müqavilə üzrə danışıqları aktivləşdirə bilər.
Bununla belə, Kataloniya təmsilçisi argentinalı müdafiəçinin münasib məbləğ qarşılığında transferinin mümkün olduğunu düşünür.
“Mançester Yunayted” futbolçu üçün təxminən 55 milyon avro tələb edə bilər.
Qeyd edək ki, Lisandro Martines 2022-ci ilin yayından “Mançester Yunayted”də çıxış edir. Cari mövsümdə o, bütün turnirlərdə 13 oyunda meydana çıxsa da, məhsuldar göstəricilərlə yadda qalmayıb. Futbolçunun klubla müqaviləsi 2027-ci ilin yayına qədərdir. Transfermarkt portalında onun bazar dəyəri 35 milyon avro qiymətləndirilir.
Namiq HUN
tag: Barselona, Lisandro Martines,Mançester Yunayted,Transfer,Todaypress.tv,
