Barselonada qalmaqal: məşqçi fanatlara qarşı çıxdı!

İdman

01.04.2026 10:08

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente Misir yığmasına qarşı keçirilən yoldaşlıq oyununda (0:0) azarkeşlərin müsəlmanlara yönəlmiş şüarlarına münasibət bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb. 

Barselona şəhərində baş tutan oyunun təxminən 20-ci dəqiqəsində tribunaların bir hissəsi tərəfindən xoşagəlməz və ayrı-seçkilik xarakterli şüarlar səsləndirilib.

De la Fuente bu davranışı kəskin tənqid edib:

“Bu, qəbuledilməz davranışdır. Belə hallara qarşı tam rədd mövqeyi var. Stadionda düzgün reaksiya verildi, tablo vasitəsilə xəbərdarlıq edildi. Azarkeşlərin əksəriyyəti bu şüarları səsləndirənləri fitə basdı. Bu cür davranan insanların futbolda yeri yoxdur”.

Qeyd edək ki, İspaniya millisinin aparıcı futbolçularından biri olan Lamin  Yamal müsəlmandır.

Namiq HUN

TodayPress TV

tag: İspaniya ,Luis de la Fuente,Misir,Lamin Yamal,Todaypress.tv,