"Barselona" baş məşqçisiz qalmaq riski ilə üz-üzədir
İdman
08.02.2026 16:16
"Barselona" klubu baş məşqçisiz qalmaq riski ilə üz-üzədir.
TodayPress TV xəbər verir ki, bu barədə "Marca" qəzeti məlumat yayıb.
Almaniyalı mütəxəssis Hans-Diter Flik cari mövsüm başa çatdıqdan sonra komandanı tərk edə bilər.
Mənbə qeyd edir ki, bu, Xuan Laportanın Kataloniya təmsilçisinin prezidenti postunda qalmayacağı təqdirdə baş verəcək. Kluba prezident seçkisi martın 15-nə planlaşdırılıb.
Almaniyalı mütəxəssis özünü Laporta komandasının bir hissəsi hesab edir və yalnız onun yenidən seçiləcəyi təqdirdə işini davam etdirməyə razıdır.
Flik 2024-cü ilin yayından Kataloniya kollektivinin baş məşqçisi postunu tutur. Tərəflər arasında bağlanmış əmək müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonunda bitir.
tag: Barselona,Məşqçi,Hans-Diter Flik,Risk,Todaypress.tv,
