Bakı çövkən dünyasının mərkəzinə çevrilir!

İdman

02.04.2026 13:31

Bakıda keçiriləcək çövkən üzrə dünya çempionatında 9 ölkə iştirakını  təsdiqləyib.

TodayPress TV Beynəlxalq Çövkən Federasiyasına istinadən xəbər verir ki, yarışda təşkilatçı Azərbaycanla yanaşı, Polşa, Malta, Nigeriya, Qana, Özbəkistan, Qazaxıstan, Uruqvay və Çili yığmaları mübarizə aparacaq.

Qeyd edək ki, çövkən üzrə dünya çempionatı iyunun 7-dən 13-dək Binə Atçılıq Mərkəzində keçiriləcək.

Namiq HUN

TodayPress TV

tag: Bakı,Çövkən,Çempionat,Mərkəz,Todaypress.tv,