“Baddy” titul yolunda: Peddi Pimbletin karyerası rəqəmlərlə
İdman
23.01.2026 11:37
Yanvarın 25-nə keçən gecə ABŞ-nin Las-Veqas şəhərində 2026-cı ildə UFC promouşeninin ilk turniri - UFC 324 keçiriləcək.
TodayPress TV xəbər verir ki, gecənin əsas döyüşündə yüngül çəki dərəcəsində (70 kq-a qədər) UFC kəmərinə ikiqat iddiaçı olan amerikalı Castin Getci britaniyalı Peddi Pimbletlə müvəqqəti titul uğrunda üz-üzə gələcək.
Peddi Pimblet haqqında əsas məlumatlar:
Adı: Peddi Pimblet
Ləqəbi: “The Baddy” (Bədxah)
Yaşı: 31
Boyu: 178 sm
Ümumi rekord: 23 qələbə – 3 məğlubiyyət
Qərarla qələbələr: 6
Vaxtından əvvəl qələbələr: 6 nokaut, 11 sabmişn
Britaniyalı döyüşçü sonuncu döyüşünü 13 aprel 2025-ci ildə UFC 314 turnirində keçirib. O, 39 yaşlı amerikalı Maykl Çendlerlə qarşılaşıb və üçüncü raundda texniki nokautla qalib gəlib.
Namiq HUN
tag: UFC 324,Peddi Pimblett,UFC,Reytinq,Üstünlük,Todaypress.tv,
