Azyaşlı azarkeş “Malyorka”nın məşqinə qatıldı
“Malyorka” klubu La Liqanın I turunda “Barselona”ya qarşı oyunda ağlayan uşağı komandanın məşqinə dəvət edib.
TodayPress TV xəbər verir ki, bu barədə klub “X” səhifəsində paylaşım edib.
Qeyd edək ki, “Barselona” (0-3) ilə matçda “Malyorka” iki qırmızı kart alıb. Lorens Simone adlı həmin uşaq azarkeş ikinci qırmızı kartdan sonra ağlamağa başlayıb.
Lorensin fotosu sosial şəbəkələrdə geniş müzakirə olunub və “Malyorka” klubu onu məşqə dəvət edib. Məşqdə klub üzvləri balaca azarkeşlə söhbət edərək, ona komandanın formasını bağışlayıblar.
Namiq HUN